8 C
Baku
Thursday, December 12, 2024

Kreditini ödəyə bilməyən kişi özünü öldürdü

Bu gün səhər saatlarında Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Ağdaş rayonu, Qəsil kənd sakini, 1957-ci il təvəllüdlü Nizami Cabbarovun meyiti həyətlərində ərik ağacından asılı vəziyyətdə aşkar edilib.

Ağdaş Rayon Prokurorluğundan faktı təsdiqlədirlər. Prokurorluqdan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Rayon prokurorunun köməkçisi Emil Qurbanov virtualaz.org saytına açıqlamasında mərhumun banklara külli miqdarda kredit borcunun olduğunu, borcunu ödəməkdə çətinlik çəkdiyini söylədi.

Mərhum Nizami Cabbarovun qardaşı Kamal Cabbarov Ağdaş Rayon Polis Şöbəsində işləyir.

Virtualaz.org

Son xəbərlər
Digər xəbərlər