-1 C
Baku
Sunday, December 15, 2024

Kreditlərə zəmanət verilməsi qaydası yumşaldılıb

Bundan sonra İpoteka və Kredit Zəmanət Fondunun bir kreditə verdiyi zəmanətin kreditə nisbəti 15-85% arasında dəyişəcək.

Bununla bağlı Prezident İlham Əliyev Fondun fəaliyyətinin təmin edilməsi haqqında 29 noyabr 2017-ci il tarixli fərmanına dəyişiklik edib.

Xatırladaq ki, indiyə qədər sözügedən interval 15-75% arasında dəyişirdi.

Həmçinin dövlət başçısının imzaladığı fərmanla zəmanətin dayandırılması və ləğv edilməsi qaydası da dəyişib. Belə ki, bundan sonra bir müvəkkil banka zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə Fonda daxil olan vəsaitlər çıxılmaqla) və müvəkkil bankın cari ödəniş tələbinin ümumi məbləği Fondun həmin müvəkkil banka verdiyi bütün zəmanətlərin qalıq məbləğlərinin 10%-ni keçdikdə, müvəkkil banka verilmiş zəmanətlər üzrə ödənişlər dayandırılır. Bir müvəkkil banka zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə Fonda daxil olan vəsaitlər çıxılmaqla) ümumi məbləği Fondun həmin müvəkkil banka verdiyi bütün zəmanətlərin qalıq məbləğlərinin 10%-dən aşağı düşdükdə, Fond ödənişlərin icrasını bərpa edir.

Xatırladaq ki, İndiyə qədər sözügedən nisbət 7% olub.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər