10 C
Baku
Friday, December 13, 2024

Kreditlər bundan sonra daha etibarlı şəxslərə veriləcək – VİDEO

Yaxın gələcəkdə kredit alarkən sizdə komunal borcunuzu niyə ödəməmisiniz deyə soruşsalar təəccüblənməyin.  Çünki, banklar müştərilərinin təkcə kredit tarixçəsini yox, digər məlumatlarını, məsələn, vergi borclarını belə öyrənə bilərlər. Beləliklə kredit götürənin maddi vəziyyəti daha dərindən araşdırılacaq, ona uyğun kredit veriləcək. Müştərilərin məlumatlarını isə  özəl kredit büroları toplayacaq.

Müştəri banka ödənişlərini gecikdirməsə belə, digər borclarına görə kreditdən məhrum ola bilər. Vətəndaşların maddi vəziyyətini araşdıran və məlumatları banklara ötürən özəl kredit bürolar yaradılacaq.
Hazırda bank müştərilərinin məlumatları Mərkəzi Bankın  Kredit Reyestrində toplanır. Banklar burada yalnız vətəndaşın kredit tarixçəsi ilə tanış ola bilirlər. Özəl  bürolar isə kredit götürənin bütün gəlir və xərclərini hesablayacaq.
Kredit bürosu hətta müştərinin vergi borclarını və kommunal ödənişlərini də yoxlayacaq.
Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, özəl kredit bürolarının yaradılması ilə  bankların xərcləri 25%, riskləri 50% azalacaq. Artıq daha etibarlı müştərilərə kredit veriləcək. Beləliklə, kredit faizlərinin endirilməsi də mümkün olacaq.
Özəl kredit bürolarının yaradılması məqsədilə “Fərdi məlumatlar haqqında” qanuna dəyişikliklər edilib. Sənədin Milli Məclisin müzakirəsinə çıxarılması gözlənilir.
[su_youtube url=”https://www.youtube.com/watch?v=VvVBhPHIf2s”]
Son xəbərlər
Digər xəbərlər