22 C
Baku
Friday, April 19, 2024

Kreditləşmədə yeni risk-Rusiyada işləyənlər. Bu prosesdə nələrə diqqət etmək lazımdır?

Qərbin ağır sanksiyaları ilə üzləşən Rusiya hökuməti 2014-cü il ərzində rublun məzənnəsini qorumaq üçün 70 milyard dollar xərclədikdən sonra Mərkəzi Bank milli valyutanın kursunu sərbəst buraxmağa məcbur oldu. Hazırda valyuta birjalarında 1 dollar 48 rubla dəyişdirilir. Proqnozlara görə sanksiyaların davam edəcəyi şəraitdə rus pulu dəyərini böyük ölçüdə itirəcək. Bu mənfi tendensiya Şimal ölkədə işləyən yüz minlərlə azərbaycanlıların, onların Azərbaycanda təmin etdikləri ailələrinin sosial vəziyyətini pisləşdirir.

Qeyri-rəsmi məlumatlara görə, Rusiyanın müxtəlif şəhərlərində 2 milyona yaxın soydaşımız yaşayır və işləyir. Onların böyük əksəriyyəti əmək miqrantlarıdır, qazandıqları vəsaitin əhəmiyyətli hissəsini Azərbaycana göndərirlər. Bəzi mənbələr il ərzində azərbaycanlıların göndərdiyi vəsaitin 5 milyard dollar civarında olduğunu bildirirlər ki, bu da ölkəmizdə ümumi pul dövriyyəsində kifayət qədər yer tutur.

Bu faktorun kreditləşmədə nəzərə alınmaması mümkün deyil. Çünki regionların bir çoxunda Rusiyada işləyən şəxslər ya müştəri yada zamin qismində banklar və BOKT-larla əməkdaşlıq edirlər. Çox hallarda , şəxs krediti götürüb ailəsinə verir, özü isə Rusiyaya işləməyə gedir və orada qazandığı puldan ailəsinə göndərir. Göndərilən pulların bir qismidə məhz kreditlərin ödənilməsinə xərclənirdi. Bir çox iş adamlarının fikrincə, Yanvar ayından sonra Rusiyadan Azərbaycana geri qayıdan iş adamlarının sayı bir neçə dəfə artacaq.

577356_486478238114740_1777147061_nBu məsələ ilə bağlı kredit üzrə mütəxəssislərə  üz tutduq. Kredit üzrə ekspert Daşqın Həmidzadə bildirdiki “Kredit verilməsində əsas qərar və məsuliyyət sahibinin kredit mütəxəssisi olduğunu düşünərək qeyd edə bilərəm ki, kredit mütəxəssisi kredit verdiyi hər bir şəxsi dərindən araşdırmalıdır. Müştərinin xaricə getməsi məlum olduğu halda isə kredit mütəxəssisi müştəriyə daha məsuliyyətli yanaşmalıdır. Bu halda artıq kredit mütəxəssisi həmin müştəriləri dərindən tanımalı , kreditin ödənilməsində problemin yaranmayacağına əmin olmalıdır. Əlavə olaraq isə kreditin ödənilməmə riskini nəzərə alaraq kredit mütəxəssisi  müştəri burda olmadan belə ona təsir edə biləcək şəxsləri veriləcək kreditə zamin qismində götürülməsinə nail olmalıdır. Müştəriyə kredit məbləğinin təyin edilməsi zamanı isə müştərinin xaricdə olacağını düşünərək , ailə üzvlərinin ödəniş qabiliyyəti nəzərə alınmaqla qərar verilməlidir , yəni müştərinin xaricdən pul göndərmədən ailə üzvlərinin ödəyə biləcəyi kredit məbləği və ödəniş qrafiki təklif edilməlidir. Daha yaxşı olardı ki, bu zaman kredit davamlı şəkildə bankın yerləşdiyi ərazidə daim yaşayacaq ailə üzvlərinin hər hansısa birinin adına rəsmiləşdirilsin.Rusiyada işləyəcək şəxslərin zamin qismində götürülməsi isə məqsədə uyğun deyil. Ancaq həmin şəxsin xaricdə olsa belə kreditin ödənilməsində müştəriyə birbaşa təsir edə biləcəyi aşkarlanarsa həmin şəxsin kreditə zamin qismində götürülməsi məqsədə uyğun hesab edilə bilər. Yəni, ola bilər ki, müştəri bu şəxsə həddindən artıq hörmət bəsləyir və bu şəxs burda olmasa belə müştəri istəməz ki, həmin şəxsin ailəsinə və ya bilavasitə özünə bank tərəfindən xəbərdarlıq edilsin. Belə bir şəxsin var olması halında həmin şəxsin xaricə gedərsə belə zamin kimi götürülməsi məqbul sayıla bilər. Bu halda yaxşı olardı ki, bu zamindən əlavə müştəriyə birbaşa təsir edə biləcək və banka yaxın olacaq daha bir zamin götürülsün”.

Son xəbərlər
Digər xəbərlər