9 C
Baku
Thursday, December 12, 2024

Kreml Durova kömək etməyə hazır olduğunu açıqlayıb

Moskva “Telegram”ın qurucusu Pavel Durova kömək etməyə hazırdır, lakin onun Fransa vətəndaşı olması vəziyyəti çətinləşdirir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

“Ümid edirik ki, cənab Durov hüquqi müdafiəsini təşkil etmək üçün bütün lazımi imkanlara malikdir. Təbii ki, onun Rusiya vətəndaşlığını nəzərə alaraq, biz bütün lazımi kömək və yardımı göstərməyə hazırıq, lakin onun həm də Fransa vətəndaşı olması vəziyyəti çətinləşdirir”, – Peskov bildirib.

Pavel Durov avqustun 24-ü axşam saatlarında Fransanın Le-Burje hava limanında saxlanılıb. O, Rusiya vətəndaşlığı ilə yanaşı, Fransa, BƏƏ, Sent Kitts və Nevis pasportlarına da malikdir.

KİV onun saxlanmasının messencerdə moderasiyanın olmaması və Fransa hakimiyyəti ilə əməkdaşlıqdan imtina etməsi ilə bağlı olduğunu yazır. Avqustun 26-da məhkəmə sahibkarın həbs müddətini 48 saat uzadıb, lakin rəsmi ittiham hələ də irəli sürülməyib.

Son xəbərlər
Digər xəbərlər