“Rusiya və Türkiyənin münasibətləri deklorativ xarakter daşımır”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu münasibətlər real və möhkəm bünövrəyə malik, ticarət-iqtisadi, investisiya əməkdaşlığına əsaslanan tərəfdaşlıq xarakteri daşıyır. Lakin Krım mövzusunda fikir ayrılığımız var”, – deyə Kremlin sözçüsü vurğulayıb.
O, Krım məsələsində Türkiyənin mövqeyini qəbul etmədiklərini qeyd edib.
“Bu mövqeni tamamilə yanlış hesab edirik. Düşünürük ki, hər hansı fikir ayrılığı dialoq yolu ilə həll edilməlidir. Biz dialoqa, real vəziyyəti və bir çox ölkənin Krımla bağlı yanlış təsəvvürlərini aydınlaşdırmağa hazırıq”, – deyə D. Peskov bildirib.