14 C
Baku
Saturday, May 4, 2024

Kreml Paşinyana cavab verib: Rusiya Cənubi Qafqazı tərk etməyə hazırlaşmır

Rusiya Cənubi Qafqaz regionunu tərk etməyə hazırlaşmır.

Bunu Kremlin sözçüsü Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya əleyhinə bəyanatına münasibət bildirərkən deyib.

“Moskva Paşinyanın bəyanatları ilə razılaşmır, Rusiya regionu tərk etməyə hazırlaşmır və tərk edə də bilməz. Rusiya Qarabağda təhlükəsizliyin zəmanətçisi rolunu oynamağa davam edəcək” – deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Paşinyan İtaliya mətbuatına müsahibəsində Rusiyanın Cənubi Qafqaz regionundan gedəcəyini bildirib.

“Bir gün biz yuxudan oyanacağı və görəcəyik Rusiya burada yoxdur. Rusiya Cənubi Qafqazdan gedir”, deyə Ermənistan Baş naziri vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər