“Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Co Bayden bir saatdan çox danışıblar”.
Bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
“Söhbət bir saatdan bir qədər çox çəkdi. Bugünkü söhbət ABŞ rəsmilərinin Rusiyanın guya Ukraynanı işğal etməsi ilə bağlı görünməmiş isteriya atmosferində keçdi”,-deyə Uşakov bidirib.
Rusiya liderinin köməkçisi bildirib ki, ABŞ Prezidenti telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaları xatırladıb, lakin bu məsələyə xüsusi diqqət yetirilməyib.
Yuri Uşakov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasındakı söhbətin balanslaşdırılmış və işgüzar xarakter daşıdığını qeyd edib.