9 C
Baku
Thursday, December 12, 2024

Kreml Rusiya-ABŞ danışıqlarından sonra nikbin olmadığını açıqlayıb

Kreml təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiya-ABŞ məsləhətləşmələri barədə nikbinlik üçün səbəb görmür.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hələki, nikbinlik üçün səbəb görmürük. Məsləhətləşmələr müsbət qiymətə layiqdir və bu müsbət qiyməti xarici işlər nazirinin müavini Sergey Ryabkov tərəfindən verilib. Danışıqlar baş tutub, açıq, substantiv və birbaşa keçib”,- deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, yanvarın 9-10-da Cenevrədə Rusiya və Abş arasında Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar baş tutub. Danışıqların növbəti raundu Brüsseldə Rusiya-NATO Şurasının iclası çərçivəsində və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı meydançasında keçiriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər