15 C
Baku
Friday, March 29, 2024

Kreml Rusiya neftinə qiymət həddi qoyan müqavilələrin taleyinə aydınlıq gətirib

Rusiya Prezidenti Vladimir Putinin neftin qiymət həddi qoyulmasına cavab tədbirləri haqqında fərmanı, həmin qiymət həddinə birbaşa və ya dolayısı yolla istinad edən mövcud müqavilələrə də aiddir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əgər orada hansısa qiymət həddinə istinad varsa, təbii ki sanksiya tətbiq ediləcək. Bu, qəbuledilməzdir. Amma qiymət həddinə istinad yoxdursa, o zaman tətbiq edilməyəcək”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, dekabrın 5-də Qərbin Rusiya neftinin yuxarı həddinin müəyyən olunması ilə bağlı sanksiyaları qüvvəyə minib. Belə ki, Avropa İttifaqı dəniz yolu ilə daşınan Rusiya neftini qəbul etməyi dayandırıb. G7 ölkələri, Avstraliya və Aİ isə Rusiya neftinin dəniz daşımalarına bir barel üçün 60 dollar qiymət limiti qoyublar Sanksiyaya görə, bu qiymətdən baha olan Rusiya neftinin daşınması və sığortası qadağan olunub.

Dekabrın 28-də Rusiya prezidenti Vladimir Putin Rusiya neftinə qiymət həddi tətbiq edən ölkələrə neft və neft məhsullarının tədarükünü qadağan edən fərman imzalayıb. Üstəlik, qadağa son alıcıya tədarükün bütün mərhələlərində tətbiq edilir. Fərmanın neftlə bağlı hissəsi fevralın 1-dən qüvvəyə minir, neft məhsulları hissəsinin qüvvəyə minəcəyi tarixi hökumət bir qədər sonra müəyyən edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər