Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukraynanı hissələrə bölmək üçün xüsusi əməliyyat keçirməyi qarşısına məqsəd qoymur.
Banker.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya tərəfi yalnız öz təhlükəsizliyi üçün təminat axtarır. Peskov əlavə edib ki, Moskva Avropada “təhlükəsizlik sahəsində balansın dəyişdiyini” və NATO silahlarının artıq Ukraynaya çatdırılmamasını təmin etməyə çalışır.
“2014-cü il dövlət çevrilişindən sonra Ukrayna nasist ideologiyasının təsiri altına düşdü. Biz onu bu ideologiyadan azad etmək istəyirik. Bundan əlavə, Ukraynada NATO infrastrukturunun mövcudluğu artıb ki, bu da Rusiyanın təhlükəsizliyini birbaşa təhdid edir. Biz Ukrayna ərazisinin hissələrə bölünməsini qarşımıza məqsəd qoymuruq, lakin öz təhlükəsizliyimizə zəmanət verməyə çalışırıq”, – mesajda bildirilir.
Peskov daha əvvəl demişdi ki, Rusiya “Ukraynanı denasifikasiya etmək” məqsədindən əl çəkmir. O, Moskva ilə Kiyev arasında gedən danışıqlar prosesini belə şərh edib.