-3 C
Baku
Sunday, December 15, 2024

Kremldən Tovuz istiqamətində gedən döyüşlərə reaksiya

“Kreml Ermənistan və Azərbaycan sərhədində baş verən atışmalardan dərin narahatdır və tərəfləri təmkinli olmağa, atəşkəs rejiminə əməl etməyə çağırır“.

Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz Ermənistan-Azərbaycan sərhəddində baş verən atışmalardan çox narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəsə dair öhdəliklərinə əməl etməyə çağırırıq”, – D.Peskov qeyd edib.

“Rusiya Minsk qrupunun həmsədri olaraq vasitəçilik səylərini göstərməyə hazırdır. Buna görə də hər iki tərəfi bir daha təmkinli olmağa çağırırıq”, – Kremilin mətbuat xidmətinin rəhbəri əlavə edib.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər