1 C
Baku
Saturday, December 14, 2024

Krımdakı böhran qızılın qiymətini qaldırdı

Dünya bazarında qızılın qiymətləri 2013-ci ilin 19 sentyabrından maksimal göstəriciyə çatıb.

Qızılın bir unsiyasının qiyməti $1375,1 təşkil edir və ilin əvvəlindən 14,5% qalxıb.

Digər qiymətli metalların qiymətləri də qalxıb.

Bunun səbəbi nədədir? 16 mart tarixində keçiriləcək referendum və Krımda hökm  sürən gərgin vəziyyət qiymətli metallara investisiya tələbatını saxlayır. İnvestorlar qərb ölkələri tərəfindən Rusiyaya qarşı sərt iqtisadi və siyasi sanksiyalarının qəbul edilməsindən çəkinirlər.
Qızıl- etibarlı səhmdir. Geopolitik gərginlik zamanı investorlar bu etibarlı səhmə müraciət edirlər.

Lakin qızıl qiyməti Ukraynada münaqişələrin kəskinləşməsindən öncə artmağa başlamışdı. Bu inkişaf edən ölkələrin iqtisadiyyatlarının aşağı templərlə bərpa olunması və onların milli valyutalarının zəifləməsi ilə əlaqədardır. İnvestorlar dollar və avro kimi etibarlı səhmlərə müraciət edirlər.

Lakin yaxın günlərdə investorların davranışları əksərən siyası hadisələrdən asılı olacaq.

Son xəbərlər
Digər xəbərlər