10 C
Baku
Wednesday, December 11, 2024

Kriptobirjanın açıqlaması kriptovalyutaların düşməsi üçün yeni təkan oldu

Çinin “Huobi” kriptobirjasının açıqlaması kriptovalyutaların düşməsi üçün yeni təkan olub. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, kriptobirja mayninq avadanlığının hostinqi və təchizatı daxil olmaqla bəzi xidmətlər və məhsulları ixtisar edəcəyini bildirib. Nəticədə “Bitcoin” 15%, “Ethereum” 17%, digər rəqəmsal valyutalar isə 20-30% ucuzlaşıb.

Xatırladaq ki, son hərraclarda “Bitcoin”in dəyəri 14.95% azalaraq 32 297 dollar təşkil edib. Günün ikinci yarısında kriptovalyuta 31 179.60 dollara (-16%) düşüb. “Ethereum”un qiyməti 1733.58 dollar (-17.8%) səviyyəsinə enib. Ötən həftə “Bitcoin” 35 891.20 dollar səviyyəsində olub, sonra isə 30% itirərək 30 000 dollara düşüb.

Kriptobirjanın açıqlaması katalizator rolunu oynayıb, daha əvvəl rəqəmsal valyutaların ucuzlaşmasına Çin Mərkəzi Bankının kriptovalyutalarla əməliyyatlar aparmağı qadağan etməsi və İlon Maskın “Bitcoin”dən imtina etməsi təsir göstərib.

Son xəbərlər
Digər xəbərlər