22 C
Baku
Thursday, April 18, 2024

Kriptovalyuta ənənəvi pulun yerini ala bilərmi? – FED rəsmisi açıqladı

ABŞ Federal Ehtiyat Sistemi (FED) bildirib ki, kriptotokenlərin ənənəvi valyutanı əvəz etmə ehtimalı çox aşağıdır. Banker.az xəbər verir ki, bu barədə FED-in Audit üzrə vitse-prezidenti Maykl Barr “Fintek Həftəsi”ndə çıxışında danışıb. O əlavə edib ki, banklar aktivlərlə təcrübə apararkən ehtiyatlı olmalıdırlar.

“Kriptovalyuta aktivlərinin çox dəyişkən olduğu sübut olunduğundan, onların pul əvəzedicisi və əməliyyatlar üçün əlverişli ödəniş vasitəsi olması ehtimalı azdır. Bu yeni texnologiyaları sınamaq istəyən banklar bunu ancaq kontrollu və məhdud bir şəkildə etməlidirlər” – deyə, FED rəsmisi çıxışında deyib.

Barr, bankların kriptovalyutaya cəlb edilməsi ilə bağlı yeni risklərdən narahat olduğunu da deyib. O, həmçinin stablecoin-lərin sonda maliyyə sabitliyi üçün risk yarada biləcəyinə inandığını açıqlayıb. FED rəsmisinin sözlərinə görə, yeni tətbiqlər daha geniş yayılmazdan öncə tənzimləyicilər müəyyən qaydalar qoymalıdırlar.

Son xəbərlər
Digər xəbərlər