-1 C
Baku
Sunday, December 15, 2024

Kriptovalyuta bazarında yarım trilyon dollarlıq itgi

Kriptovalyuta bazarı özünün ən böyük rekorduna imza atdığı 836 milyard dollarlıq həcmə yüksəldiyi 7 yanvar tarixindən sonra 500 milyard dollar civarında dəyər itkisi yaşayıb.
Bununla da kriptovalyuta bazarı 300 milyard dollara düşüb.

“CoinMarketCap”-in məlumatına görə, çərşənbə axşamı kriptovalyuta bazarının ümumi dəyəri noyabr ayından etibarən ilk dəfə 300 milyard dollara yaxınlaşıb. Bazar dəyərinə görə ilk onluqda yer alan kriptovalyutalar son 5 gün ərzində ciddi eniş müşahidə edib.

Bitcoin və digər kriptovalyutalar bütün dünyadakı banklar və hökumətlər tərəfindən sanksiyalara məruz qalıb.

Çərşənbə axşamı Beynəlxalq Ödənişlər Şurası səlahiyyətlilərin “kriptovalyuta vahidlərinin hücuma qarşı” mübarizə aparmağa hazır olması mövzusunda xəbərdarlıq edib.

Bitcoin-in bazar dəyəri 326 milyard dollardan 110-120 milyard dollaradək geriləyib.

Bütün dünyada banklar müxtəlif qərarlar qəbul edirlər

Bundan savayı, “Bank of America”, “JPMorgan Chase” və “Citigroup” kimi banklar kredit kartları ilə kriptovalyutaların alınmasını qadağan etdiyini bildirib.

Anoloji qadağa “Lloyds Bank”, “Şotlandiya Bankı”, “Halifax” və “MBNA”-dan ibarət olan “British Lloyds Banking Group” tərəfindən də tətbiq olunub.

Daha bir İngiltərə bankı “Barclays” müştərilərinin qanuni olaraq kriptovalyuta satın almaq üçün kredit kartlarından istifadə edə biləcəyini söyləyib.

Böyük ticarət mərkəzlərinin yerləşdiyi Sinqapurda isə kriptovalyuta ticarəti qadağan olunmayıb. Bunu baş nazirin müavini Tharman Şanmuqaratnam da verdiyi açıqlama ilə bir daha diqqətə çatdırıb.


©KRİPTO

Son xəbərlər
Digər xəbərlər