21 C
Baku
Friday, April 26, 2024

Kriptovalyuta bazarının kapitallaşması 1 trln. dollardan aşağı düşüb

Kriptovalyuta bazarının kapitallaşması 2021-ci ilin əvvəlindən bəri 1 trilyon dollardan aşağı düşüb, Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Vurğulanır ki, iyunun 14-də ümumi kapitallaşma 938.8 milyard dollar təşkil edib.

Agentlik qeyd edir ki, qlobal kriptovalyuta bazarı 2021-ci ilin noyabrında 2.9 trilyon dollara çatıb, lakin o vaxtdan bəri vəziyyət son dərəcə dəyişkən olub. Son iki ayda müxtəlif ölkələrdə yüksək inflyasiya və pul siyasətinin sərtləşdirilməsi səbəbindən bazar 1 trilyon dollar dəyər itirib.

Bitkoindən başqa, Ethereum, Solana, Dogecoin və Avalanche kimi digər kriptovalyutaların da qiymətləri ucuzlaşıb. Bunun fonunda iyunun 13-də Binance kriptovalyutası bitkoinlərdə vəsaitlərin çıxarılmasını dayandırıb.

ОтветитьПереслать
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər