6 C
Baku
Monday, December 16, 2024

Kriptovalyuta bazarının kapitallaşması yenidən 2 trln. dolları keçib

Kriptovalyuta bazarının kapitallaşması şənbə günü 2 trilyon dolları keçərək 2.06 trilyon dollara çatıb. “CoinGecko”nun verdiyi məlumata görə, Bakı vaxtı ilə 21:50-də bu rəqəm 2.02 trilyon dollar olub.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Dünyanın ən populyar kriptovalyutası bitkoin 48 152 dollara çatıb ki, bu da mayın 16-dan bəri maksimum göstərici olub. “Bloomberg” agentliyi digər rəqəmsal valyutaların da artdığını yazıb. Məsələn, “Cardano” kriptovalyutası son yeddi gündə 47% bahalaşıb.

Kriptovalyutaların bahalaşmasına təsir göstərən amillər sırasında ABŞ Senatı tərəfindən təsdiqlənən layihələrdə heç bir dəyişikliyin olmaması göstərilir. Sənəddə həmçinin rəqəmsal valyutalara sərt nəzarət tədbirlərindən bəhs edilir.

Xatırladaq ki, ilk dəfə kriptovalyuta bazarının kapitallaşması 2 trilyonu aprel ayında keçib.

Son xəbərlər
Digər xəbərlər