“Coinbase” kriptobirjası “Nasdaq”da ilk böyük birbaşa listinq üçün müraciət edib.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
O, “Facebook”un birjaya çıxdığı dövrdən bəri ən bahalı şirkətlərindən birinə çevrilə bilər.
2020-ci ildə “Coinbase” platformasının gəliri iki dəfədən çox artıb: 534 milyon dollardan 1.28 milyard dollara qədər. Bildirildiyi kimi, kriptobirjanın xalis mənfəəti 2019-cu ildə 30 milyon dollar, 2020-ci ildə isə 322 milyon dollar təşkil edib.
“Coinbase” qeyd edir ki, keçən ilki gəlirlərin böyük hissəsini “Bitcoin” və “Etherium” alqı-satqı əməliyyatlarının payına düşür – 56%. Ümumilikdə 2020-ci ildə əməliyyatların sayı 180% artaraq ayda 2.8 milyona çatıb. Platformada 43 milyon istifadəçi qeydiyyatdan keçib.
Şirkət listinqin nəticələrinin kriptoiqtisadiyyatdan asılı olacağını vurğulayıb. Mübadilə sənayesinin qeyri-sabitliyi səbəbindən hər şey bazarın əhval-ruhiyyəsindən asılı olaraq rübdən rübə dəyişəcək. Birjanın idarə etmədiyi risk faktorları arasında həmçinin qanunvericilik, hökumət və tənzimləyici tədbirlər, makroiqtisadi şərtlər və kriptovalyutaya olan tələb dəyişikliklərini qeyd edilir.
“Coinbase” belə şəraitdə hər hansı bir perspektivi proqnozlaşdırmaq çətin olduğunu söyləyir. Onun fikrincə, bu əməliyyatın nəticəsini oxşar dövrlərlə müqayisə etmək mənasızdır, çünki gələcək göstəriciləri müəyyənləşdirmək üçün onlara güvənmək olmaz.
Xatırladaq ki, əvvəlki böyük yerləşdirmələr “Spotify”, “Slack” və “Palatir” listinqləri olmuşdur. “Axios”un verdiyi məlumata görə, hal-hazırda “Coinbase” 100 milyard dollar dəyərində qiymətləndirilir.