21 C
Baku
Thursday, April 25, 2024

Kriptovalyutalara Hollandiya Mərkəzi Bankı nəzarət edəcək

Hollandiya Mərkəzi Bankı rəsmi olaraq 2020-ci il yanvarın 10-dan etibarən kriptovalyuta şirkətlərinə nəzarət edəcəyini elan edib. Bu müddət ərzində xüsusi reyestrdə qeydiyyatdan keçməyi çatdıra bilməyən şirkətlər fəaliyyətini davam etdirə bilməyəcəklər.

Banker.az xəbər verir ki, “Kriptovalyuta mübadiləsi xidmətlərini təklif edən şirkətlər, habelə rəqəmsal cüzdan təminatçıları müəyyən edilmiş vaxtda De Nederlandsche Bank-da qeydiyyatdan keçməlidirlər”.

Mərkəzi Bankın verdiyi məlumata görə, bütün şirkətlər çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə qaydalarına riayət etməlidirlər. Belə ki, kriptovalyutalar maliyyə cinayətlərinə qarşı çox həssasdır. Qeydiyyatdan sonra Hollandiya bankı kriptovalyuta şirkətlərinin idarə heyətinin üzvlərini və digər məsul şəxsləri qiymətləndirəcəkdir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər