İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasının vaxtı bəlli olub.
Bu barədə KTMT-nin “Telegram” hesabında məlumat verilib.
“Belarus prezidenti KTMT-nin Baş katibi ilə görüşüb. Tərəflər təşkilatın məsuliyyət zonasındakı vəziyyəti, həmçinin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının oktyabrın 28-də keçirilmiş fövqəladə sessiyasının nəticələrini müzakirə ediblər. KTMT-nin katibi Stanislav Zas Prezident Aleksandr Lukaşenkoya KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılan növbəti sessiyasına hazırlıq barədə məlumat verib”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, daha əvvəl sessiyanın noyabrın sonunda keçiriləcəyi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunacağı bildirilmişdi.