16 C
Baku
Friday, October 18, 2024

KTMT-nin sülhməramlı missiyası BMT-nin əməliyatlarına qatıla bilər

Rusiya Prezidenti Vladimir Putin “əlaqələndirici dövlət” anlayışının tətbiqini nəzərdə tutan KTMT-nin sülhməramlı sazişinə dəyişiklik edilməsinə dair protokolu ratifikasiya üçün Dövlət Dumasına təqdim edib.

Protokolun mətni Dumanın elektron bazasında yerləşdirilib.

“Protokolla “əlaqələndirici dövlət” anlayışı tətbiq olunur və onun himayəsi altında BMT-nin sülhməramlı əməliyyatlarında istifadə üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv sülhməramlı qüvvələrinin yaradılmasını nəzərdə tutur”, – deyə protokolda qeyd olunub.

Sənədə əsasən, “əlaqələndirici dövlət” təşkilati məsələlərin və kollektiv sülhməramlı qüvvələrin BMT-nin sülhməramlı əməliyyatlarında istifadəsinə hərtərəfli dəstək məsələlərinin həlli üçün Kollektiv Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilən üzv dövlətlərdən biridir.

Dumanın məlumat bazasında yerləşdirilən sənəddə deyilir ki, BMT-nin sülhməramlı əməliyyatında istifadə üçün Kollektiv sülhmərmalı qüvvələr əlaqələndirici dövlətin himayəsi altında yaradılır.

Qeyd edək ki, protokol 2021-ci il sentyabrın 16-da Düşənbədə imzalanıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər