“Rəsmi Bakının Ermənistana ərazi iddiası yoxdur. Azərbaycan Ermənistana zərbə endirməyəcək”.
“RİA Novosti” xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas açıqlayıb.
Açıqlamada həmçinin KTMT-nin nizamnaməsinə istinadən vurğulanıb ki, qurum yalnız ölkənin ərazi bütövlüyünə təhdid olduğu halda münaqişəyə müdaxilə edə bilər.