13 C
Baku
Wednesday, May 8, 2024

“KTMT sərhəddəki vəziyyətlə bağlı təkliflər üzərində işləyir”

“KTMT Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı təkliflərin hazırlanması üzərində işləməyə davam edir”.

Bunu KTMT-nin Baş katibi Stanislav Zas Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə deyib.

“Ötən həftə KTMT-yə üzv ölkələrin dövlət başçılarının onlayn rejimdə baş tutan sammitində KTMT missiyasının işinin yekunları ilə bağlı təkliflər müzakirə edildi. Danışıqlar başa çatmayıb. Hazırda bu təkliflərin yekunlaşdırılması üzərində iş aparılır. Bu mövzu Kollektiv Təhlükəsizlik Şurasının qarşıdan gələn iclasında da müzakirə olunacaq”, – deyə Zas qeyd edib.

Xatırladaq ki, oktyabrın 28-i Ermənistan tərəfinin təşəbbüsü əsasında KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının onlayn formatda iclası keçirilib.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər