15 C
Baku
Friday, April 26, 2024

Kuba bankları “Mir” kartlarını qəbul etməyə başlayıb

Kubanın bəzi bankları Rusiyanın “Mir” ödəniş sisteminin kartlarını qəbul etməyə başlayıb. Belə ki, bir sıra bankların bankomatlarında “Mir” sisteminin emblemi əks olunub. Qeyd edək ki, Kubada məzənnə 1 rubl üçün təxminən 1.5 peso təşkil edir.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Səlahiyyətlilər “Mir” sisteminin işə başladığını hələ rəsmi olaraq elan etməyiblər. Martın əvvəlində Kubanın Rusiyadakı səfirliyinin turizm üzrə müşaviri Kristina Leon İznaqa ölkədə ödəniş sisteminin işə salınması üzərində işlədiyini bildirib. Rusiyanın Kubadakı səfiri Andrey Quskovun sözlərinə görə, işlər yekunlaşmaq üzrədir.

“Mir” ödəniş sistemi hazırda Abxaziya, Ermənistan, Belarusiya, Vyetnam, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Koreya və Cənubi Osetiyanın bəzi tərəfdaş banklarında qəbul edilir. 15-dən çox ölkə bu sahədə işlər görməyə hazır olduğunu bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər