Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etmələri, həmçinin meteoroloji amilləri nəzərə almaları tövsiyə edilib.