6 C
Baku
Sunday, December 15, 2024

Kuleba: “Heç bir ölkə Rusiyaya güzəştə getmək üçün Ukraynaya təzyiq göstərmir”

“Heç bir ölkə Ukraynaya Rusiya ilə danışıqlar və ya bu ölkəyə güzəştə getmək üçün təzyiq göstərmir”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Stokholmda İsveç Baş naziri və xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Hazırda Avropada da da anlayırlar ki, Rusiya danışıqlarda maraqlı deyil və sülh axtarmır, buna görə də biz həmrəy olmalıyıq. Biz Rusiyaya hər hansı güzəştə getmək və ya danışıqlarla bağlı Avropadakı və ya dünyadakı hər hansı dövlət tərəfindən təzyiq altında deyilik. İndi hədəf nöqtəsi tamamilə fərqlidir, əsas hədəf bütün səylərin və resursların Ukraynaya kömək etmək üçün səfərbər olunmasıdır”, Ukrayna XİN başçısı vurğulayıb.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər