7 C
Baku
Sunday, December 15, 2024

Külli miqdarda pul itirən 8 treyder

Bir çox məşhur treyderlər var ki, şübhəli əməliyyatlar içərisində çaş-baş qalmış, öz rəhbərlərinin hesablarının boşalmasına səbəb olmuş və həbs olunaraq barmaqlıqlar arasına düşmüşlər.

Aşağıda sizə bu məşhur treyderləri təqdim edirik.

Kveki Adobali – UBS – 2 milyard dollar – 2011-ci il

Nəhəng İsveçrə bankı UBS bir treyderinin sanskiyalaşdırılmamış əməliyyat həyata keçirməsi səbəbindən 2 milyard dollar itirdiyini bildirmişdi. Bu xəbərdən sonra UBS bankının səhmləri 11% enmişdi.

London polisi 31 yaşlı Kveki Adobalini fırıldaqçılıqda ittiham edərək həbs etmişdi. Onun məhz hansı əməliyyatda 2 milyard dollar itirməsi hələ ki müəyyən deyil. BBC-dən verilən məlumatlara əsasən, Adobali özü banka itkilər barədə məlumat verib. Həmçinin məlumdur ki, Adobali Londonda çox bahalı mənzil kirayə etmiş və qiymətlərin yüksək olduğu mağazaların daimi sakini olmuşdur.

Jerom Kervel — Société Générale – 6,7 milyard dollar – 2008-ci il

2008-ci ilin yanvar ayında Société Générale bankı müəyyən edir ki, treyderinin həyata keçirdiyi bir əməliyyat səbəbindən 6,7 milyard dollar itirib. Bankı maliyyə böhranı sərhədinə gətirib çıxaran Jerom Kervel icazəsiz olaraq 2 il müddətində 60 milyard avroluq pozisiya açmışdır və bu məbləğ ümumilikdə

Société Générale bankının bazar kapitalizasiyasından yüksək idi. Kervelə qarşı qaldırılmış məhkəmə iddiası zamanı o bildirmişdi ki, bankın menecmentinin bu əməliyyatdan xəbəri var idi və o buna göz yumurdu. O hətta “Spiral boyu aşağı: treyderin xatirələri” adlı kitab yazmağa da vaxt tapmışdı. Bu kitabda o bank sistemini günahlandırırdı və bildirirdi ki treyderlər “küçə fahişələri” kimidir – yəni hansı vasitə ilə olur olsun pul qazanmalıdır. Bütün bunlardan sonra,

2009-cu ildə məhkəmənin qərarı ilə o 3 illik həbs cəzasına layiq görüldü və banka kompensasiya ödəməli oldu.

Hovard Habler – Morgan Stanley – 9 milyard dollar – 2007-ci il

Treyder Hovard Habler baş vermiş böhranın ən fəal iştirakçılarındandır və 2007-ci ildə ipoteka kreditləri yatırımında 9 milyard dollar itirib. Böhrandan sonra isə o kreditorlar ilə ev sahibləri arasında vasitəçilik rolunu oynayan Loan Value Group LLC adlı şirkət təsis etmişdi və onun bu zaman ki ipoteka borcları girov qoyulan daşınmaz əmlak nümunələrinin dəyərindən qat-qat artıq idi.

Brayan Hanter – Amaranth Advisors – 6,5 milyard dollar – 2006-cı il

Hadhe-fond Amaranth Advisors 2006-cı ildə öz aktivlərinin üçdə ikisini itirdikdə müflisləşdi. Kanadalı treyder Brayan Hanter 2005-ci ildə “Katrina” fırtınasından sonra təbii qaza yatırım edərək bu fonda xeyli gəlir qazandırmışdı. Bu zaman Amaranth Advisors təbii qaza bazarının ümumi 10%-ni idarə edirdi. Lakin 2006-cı ildə qiymətlər gözlənilmədən endi və bu fonda 6,5 milyard dollar başa gəldi. ABŞ-ın energetika üzrə federal komitəsi Hanterin qaz qiymətlərini manipulyasiya etməsindən şübhələnərək araşdırmaya başladı. Bunun nəticəsi olaraq isə 2011-ci ildə o 30 milyard dollar həcmində cərimələndi.

Con Rasnek – Allied Irish Bank – 691 milyon dollar – 2002-ci il

Allied Irish Bank qrupuna daxil olan Allfirst bankı 2002-ci ildə valyuta treyderi Con Rasnekin uğursuz əməliyyatı sayəsində 691 milyon dollar itirdi. Digər uğursuz treyderlər kimi o da öz itkilərini bir müddət gizlətməyə çalışmışdı. İlk böyük həcmdə məbləği o 1997-ci ildə itirmişdi. Zaman keçdikcə onun itkiləri daha da artırdı və nəhayət 2002-ci ildə o 7 illik həbs cəzasına layiq görüldü.

Yasuo Xanamaka – Sumimoto Corporation — 2,6 milyard dollar — 1996-cı il

1996-cı ildə Sumimoto yapon şirkəti Yasuo Xanamakanın fırıldaqçılıq əməlləri sayəsində 2,6 milyard dollar həcmində ziyanla üzləşdi. O şirkətin mislə bağlı ticari əməliyyatlarına rəhbərlik edirdi. 10 il ərzində ardıcıl olaraq o icazəsiz əməliyyatlar yerinə yetirmiş və mis qiymətlərinə müdaxilə etmişdir. 1997-ci ildə Xanamakaya 8 illik həbs cəzası verilir.

Nik Lison — Barings Bank — 1,4 milyard dollar — 1995-ci il

İngiltərənin nəhəng ticarət bankı Barings 1995-ci ildə broker Nik Lisonun Nikkei indeksində 1,4 milyard dollar itirməsi səbəbindən müflis oldu. Lison hələ 1992-ci ildən pul itirməyə başlasa da bu pulları udub geri qaytaracağına ümid edirdi və London rəhbərliyindən bütün bu itkiləri gizlədirdi. Bunun üçün o xüsusi hesab açmış və hesabatları saxtalaşdırmışdı. 16 yanvar 1995-ci ildə Lison yapon bazarına külli miqdarda pul yatırır, lakin səhəri gün 17 yanvarda baş vermiş zəlzələ Asiya bazarlarını məhv edir. Lison bundan sonra vəziyyəti düzəltməyə çalışsa da yenə məğlub olur. Lison 6,5 il həbs cəzasına layiq görülür. Həbsdən çıxdıqdan sonra isə o “Treyder-fırıldaqçı: Barings bankını necə müflis etdim” adlı kitab yazır və bu kitab əsasında da film çəkilmişdir.

Daiwa Bank — 1,1 milyard dollar — 1995-ci il

Yaponiyanın ən nəhəng banklarından olan Daiwa-da işləyən Toşihido İquçi hələ 1983-cü ildən pul itirməyə başlasa da bütün bunları rəhbərlikdən gizlətmişdi. 1984-cü ildən 1995-ci ilə qədər o icazəsiz 30 000 ticarət əməliyyatı həyata keçirmiş və onun itkiləri 70 000 dollardan 1,1 milyard dollara qədər artmışdı. Onun bu fırıldaqçılıq əməlləri səbəbindən Daiwa bankı amerikan bazarlarını tərk etməli oldu. İquçi törətdiyi qanunsuzluqlara görə 4 il həbs cəzasına layiq görülmüşdü. O da digərləri kimi azadlığa çıxdıqdan sonra “ Mənim milyard dollarlıq dərsim” adlı kitab yazmışdır.

Son xəbərlər
Digər xəbərlər