10 C
Baku
Thursday, December 12, 2024

Külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkədən çıxarılmasının qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşı mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib.

Lakin həmin şəxsin əl çantası və üst geyimi rentgen aparatından keçirilərkən monitorda pul əsginaslarına bənzər təsvirlər görünüb.

Təkrar yoxlama nəticəsində vətəndaşın çantasından və gödəkcəsinin cibindən 20 min 300 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər