Kür-Bakı magistral su kəmərində qəza baş verib.
“Azərsu” ASC-dən verilən məlumata görə, qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar Bakı şəhəri Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.