7 C
Baku
Sunday, December 15, 2024

Kürdəmirin həbsdə olan icra başçısı istintaqda baş həkimlərdən pul aldığını etiraf edib

Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİN) həbsdə olan sabiq başçısı Ceyhun Cəfərovun ibtidai istintaq və məhkəməyə verdiyi ifadəsi məlum olub.

O, dindirilən zaman elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

Ceyhun Cəfərov ifadəsində deyib ki, 16 aprel 2014-cü il tarixdən Kürdəmir RİH-in başçısı vəzifəsində işləyib, buna qədər isə (2011-2014) Tərtər RİH-in başçısı olub:

“Birinci müavinim Tacəddin Novruzov, yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində isə Natiq Kərimov işləyirdi. İttihamları qəbul etmirəm”.

Lakin ibtidai istintaq zamanı Ceyhun Cəfərov özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, Kürdəmir RİH-in başçısı vəzifəsində işlədiyi müddətdə Rayon Mərkəzi Xəstəxanasının müxtəlif vaxtlarda baş həkimi olmuş Məhəmməd Musayev və Eynulla Novruzovdan rayon tədbirlərinə xərclənməsi üçün pul alınıb.

Belə ki, 2015-ci ilin iyun ayından etibarən Tacəddin Novruzov göstərişim əsasında həmin vaxt baş həkim işləmiş Məhəmməd Musayevdən ildə iki dəfə olmaqla 1 000 manat pul tələb edərək alıb. Həmin pulu rayon ərazisində keçiirlən “ölkəmizi tanıyaq” layihəsinə sərf etmişəm. Məhəmməd Musayev baş həkim işlədiyi 3 il ərzində ildə iki dəfə olmaqla ondan 6 dəfə, hər dəfəsində isə 1 000 manat pul alınıb.

Bundan sonra Tacəddin Novruzov baş həkim təyin edilən Eynulla Novruzovdan da göstərişim əsasında ildə iki dəfə olaraq hər dəfə 1 000 manat pul tələb edərək alıb. Həmin pul vəsaitləri də “ölkəmizi tanıyaq” layihəsinə sərf olunub.

Ümumilikdə Məhəmməd Musayevdən 3 il ərzində 6 dəfə olaraq, cəmi 6 000 manat, Eynulla Novruzovdan isə iki dəfə olaraq 2 000 manat məbləğində pulu birinci müavinim vasitəsilə almışam”.

Qeyd edək ki, Ceyhun Cəfərov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimovun hər biri 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayevin hər biri isə 8 il üç ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər
Digər xəbərlər