7 C
Baku
Thursday, December 12, 2024

Kürdəmirin Pirili kəndində koronavirusa yoluxanların sayı 45-ə çatıb

Kürdəmir rayonunun Pirili kəndində koronavirusa yoluxanların sayı 45-ə çatıb.

Hazırda aidiyyəti qurumlar kənddə gücləndirilmiş iş rejimində çalışırlar.

Qeyd edək ki, Bakının Qaradağ rayonundan kəndə yas mərasiminə gələn Güleyşə Hüseyn qızı Əhmədova kənddə koronavirusun geniş yayılmasına səbəb olub.

Hazırda beş evdə infeksiya ocağı aşkarlanıb. Artıq qonşu evlərdə dezinfeksiya işləri aparılıb və yaxma analizləri götürülüb.

Kürdəmir Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, kəndin karantinə alınması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər