Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 1 dekabr 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Milli Depozit Mərkəzinin xidmət haqları”nda dəyişiklik edib.
Mərkəzi Bankın sədri Taleh Kazımovun imzaladığı yeni qərara əsasən, kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulan səhmlərin əldə edilməsi üçün investorlara depo hesablarının açılması zamanı xidmət haqqı tutulmayacaq.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.