12 C
Baku
Tuesday, May 7, 2024

Küveyt AQFET sammitinin 28-ci iştirakçısı olub

Küveyt Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri (AQFET) üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının 28-ci iştirakçısı olub.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“1999-cu ildə şuranın 15 üzvü var idisə, hazırda onların sayı 27-yə çatıb. Bu, əslində, Asiya ölkələri və bütövlükdə dünya ictimaiyyəti qarşısında forumun nüfuzunun artmasından xəbər verir. Küveytin Zirvə Toplantısının üzvü kimi bizə qoşulmasından məmnunluq duyuruq”, – Qazaxıstan dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, sammitdə Qazaxıstanın sədr ölkə kimi səlahiyyətlərinin 2024-cü ilədək uzadılması qərara alınıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər