11 C
Baku
Monday, November 25, 2024

Küveyt xam neft hasilatını artırıb

Küveyt xam neft hasilatını artırmaq barədə qərar qəbul edib.

Bu barədə jurnalistlərə Küveyt Baş nazirinin müavini, Nazirlər Kabineti İşləri üzrə dövlət naziri Məhəmməd Əl Faris məlumat verib.

O bildirib ki, OPEC+ alyansının müəyyən etdiyi kvotaya uyğun olaraq, həmçinin qlobal bazarda təhlükəsiz və sabit neft tədarükünü təmin etmək məqsədilə gündəlik neft hasilatını 2.74 milyon bareldən 2.811 milyon barelə çatdırılıb.

Küveytli nazir qeyd edib ki, hasilatın artırılması Küveyt Neft Korporasiyasının (KPC) öhdəliyi çərçivəsində həyata keçirilir. Onun sözlərinə görə, OPEC+ alyansı 2020-ci ildən etibarən qlobal neft bazarında sabitliyin qorunub saxlanılması istiqamətində mühüm qərarlar qəbul edib və Küveyt bu sahədə adekvat addımlar atır.

Bununla yanaşı, Məhəmməd Əl Faris qeyd edib ki, son illər neft sektoruna qoyulan sərmayələrin azalması hasilata qlobal miqyasda mənfi təsir göstərib. O əlavə edib ki, Küveyt bundan sonra da hasilatçı ölkələrin qlobal bazarda sabitliyin təmin edilməsi istiqamətində səylərini dəstəkləyəcək.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər