-1 C
Baku
Sunday, December 15, 2024

Küveytdə yeni neft yataqları kəşf edildi

Küveytdə üç yeni neft-qaz yatağı kəşf edilib.

“KuNA” xəbər verir ki, “Kuwait Oil Company” dövlət neft şirkəti ölkənin şimal-qərbində 70 kvadratkilometrdən artıq sahəsi olan, gündəlik debiti 1 452 barel yüngül neft olan Homa yatağı, şimalda gündəlik 1 819 barel yüngül neft və 79 min kubmetr səmt qazı verən Əl Kəşəniyə yatağı, habelə Burqan yatağından şimalda gündəlik 2 000 barel adi neft verən bir yataq aşkarlayıb.

BP-nin məlumatına görə, 101,5 milyard barel təsdiqlənmiş neft ehtiyatına malik Küveytın payına dünya neft ehtiyatlarının 5,9 faizi düşür.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər