“Kuwait Airways” İraqın Nəcəf şəhərinə uçuşları bərpa edib.
Bu barədə Küveytin “KUNA” dövlət agentliyi məlumat yayıb.
Uçuşlar həftədə iki dəfə – şənbə və çərşənbə günləri yerinə yetiriləcək.
Xatırladaq ki, uçuşlar Bağdad beynəlxalq hava limanına raket hücumu səbəbindən yanvarın 28-dən etibarən dayandırılıb.