Lənkərandakı meşənin hektarı “Beta” şirkətinə 26 manata satılıb – Müharibə vaxtı

Eco-Front

Azərbaycanda son günlər ekosktivist tərəfindən ifşa edilən bir hadisə – Lənkəran rayonu Haftoni kəndi ətrafında baş verir. Məlumata görə, Haftoni yaxınlığında olan meşələrdəki ağaclar Azərbaycanda çay istehsalçısı olan “Beta” Firması tərəfindən kəsilərək, yerində bağlar salınır.

Banker.az-ın yerli KİV-də üzə çıxan sənədlərə əsasən bildirir ki, 100% xarici kapitallı “Beta” Firması Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti ilə İkinci Qarabağ müharibəsi vaxtı müqavilə imzalayıblar.

Müqavilə 27 oktyabr 2020-ci ildə iki qurum arasında 15 il müddətinə bağlanıb. Müqavilədə qeyd edilir ki, 42 hektara görə, “Beta” Firması Meşələrin İnkişafı Xidmətinə illik 1 092 manat icarə haqqı ödəyəcək. Beləliklə, bu da hər bir hektar üçün cəmi 26 manat illik icarə haqqı edir.

Məlumat üçün bildirək ki, “Beta” Firması rebrendinq edərək “BEST-Tarım” MMC kimi fəaliyyət göstərəcəyini açıqlayıb.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.