2 C
Baku
Sunday, December 15, 2024

Ləğv olunmuş 4 bankın əmanətçilərinə 578 milyon manatdan çox kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 23 min 770 əmanətçiyə, 578 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF) “Banker.az”a verilən məlumata görə, “AGBank” üzrə 4 428 əmanətçiyə 90 milyon 108 min 116 manat, “NBCBank” üzrə isə 4 073 əmanətçiyə 118 milyon 610 min 151 manat kompensasiya verilib.

Hesabat dövründə “Amrah Bank” üzrə 5 678 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 137milyon 447 min 417, “Ata Bank” üzrə 9 591 əmanətçiyə isə 232 milyon 575 min 207 manat təşkil edib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Əmanətlərin Sığortalanması Fondu iyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.

Son xəbərlər
Digər xəbərlər