Əmanətlərin Sığortalanması Fondu Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, ASC “Texnikabank”, ASC “Zaminbank”, ASC “Royalbank” və ASC “Bank of Azerbaycan” balansında olan daşınar və daşınmaz əmlaklarını 63 lot üzrə satışa çıxarır.
Bu barədə Fonddan məlumat verilib.
“23 lot üzrə əmlak birinci dəfə hərraca çıxarılır, 16 lot üzrə – ikinci dəfə, 14 lot üzrə – üçünçü dəfə, 10 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, hərraclar 11 iyun, 25 iyun və 2 iyul 2018-ci il tarixlərində keçiriləcək.