23 C
Baku
Friday, April 26, 2024

Ləğv prosesində olan “Dəmirbank” kreditorlara olan növbəti ödənişin tarixini açıqlayıb

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 14 oktyabr 2021-ci il tarixdən etibarən başlayacaq.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcəkdir.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər.

Əlavə məlumat almaq üçün əlaqə nömrələri:

Bakı şəhəri

Babək prospekti 16

Qaynar xətt: (012) 941

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər