ADİF ləğv prosesində olan “Gəncəbank”ASC-nin Kreditorlar Komitəsinin yaradılması barədə açıqlama verib.
Açıqlamaya əsasən, “CASPEL” MMC”, “Atəşgah Həyat Sığorta” və “Başak İnam Sığorta” ASC-lərin, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun, “Azərbaycan İpoteka Fondu” ASC-nin, Azərbaycan Mərkəzi Bankının, Kənd Təsərrüfatı Nazirliyinin, Gəncə Regional Mühafizə İdarəsinin adı var.
Xatırladaq ki, may ayının 05-i saat 15:00–da ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasında Kreditorlar Komitəsinin iclası keçiriləcəkdir.