7 C
Baku
Thursday, December 12, 2024

Lənkəranda antisanitar şəraitdə fəaliyyət göstərən toyuq emalı sexi aşkarlandı

Daxil olan şikayət əsasında, Lənkəran rayonu, Lənkəran şəhəri, Koroğlu küçəsində fəaliyyət göstərən bazarda fiziki şəxs Hüseynov Elşən Mirzə oğluna məxsus toyuq emalı sexində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının tələblərinin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, etiketlənmə aparılmadan və baytarlıq-sanitariya ekspertizası keçirilmədən məhsulların satışının həyata keçirildiyi, həmçinin avtonom havalandırma sisteminin mövcud olmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.

Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisənin fəaliyyəti dayandırılıb.

16787072322 jpg 16787072323 jpg 16787072324 jpg

Son xəbərlər
Digər xəbərlər