15 C
Baku
Tuesday, October 21, 2025

Lənkəranda yerləşən “Dairəvi qala” 2.3 milyon manata bərpa ediləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tender elan edib.

Banker.az xəbər verir ki, tenderdə Lənkəran şəhərində yerləşən ” Dairəvi qala”nın bərpası işlərinin satın alınması nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 2.336.840 manat təşkil edir.

Xatırladaq ki, Zindan qalası kimi tanınan Dairəvi qala — XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. Qalanın oxşarı olan ikinci tikili Lənkəran mayakıdır. Bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqəsi rolunu oynayıblar.

Son xəbərlər
Digər xəbərlər