7 C
Baku
Thursday, December 12, 2024

Laçın dəhlizinin elektrik təchizatı üçün 3 milyon manat xərclənəcək

“Azərişıq” ASC “Smart Energy Services” MMC ilə 3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Laçın rayonu ərazisində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq “Güləbird” stansiyasından Minkənd yaşayış məntəqəsinə çəkiləcək 35 kV-luq ÖİN xəttinin Laçın yoluna(dəhliz) düşən hissəsinin elektrik təchizatı işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3 078 398 manatdır.

Son xəbərlər
Digər xəbərlər