Laçında “Yaşil Enerji Elektrik Stansiyası” MMC adlı şirkət təsis edilib.
Banker.az xəbər verir ki, şirkəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi dövlət qeydiyyatına alınıb.
“Yaşil Enerji Elektrik Stansiyasi” MMC-nin nizamnamə kapitalı 100 000 manat olmaqla Laçin şəhərində dövlət qeydiyyatına alınıb.
Şirkətin direktoru Ramiz Vəliyev Zirəddin oğludur.
Xatırladaq ki, Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı olmuşdu və ölkə lideri həmin açılışda iştirak edib.