18 C
Baku
Thursday, May 23, 2024

Laçındakı Aqrosənaye parkında 46 müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulub

Laçın şəhərində və rayonun Zabux kəndində 661 ailə məskunlaşıb. Laçında əhalinin dayanıqlı məskunlaşmasında ən prioritet məsələlərdən biri məşğulluğun təmin edilməsidir.

Bunu Bərdədə keçirilən “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forumda “Laçın Abadlıq Xidməti” MMC-nin direktor müavini Elnur Abdullayev deyib.

O bildirib ki, Laçın rayonunun Zerti kəndi ərazisində 52 hektarda yaradılmış Aqrosənaye parkında 46 müəssisənin fəaliyyətə başlaması və 1169 vakansiya nəzərdə tutulub. Hazırda 24 bölmə üzrə 494 nəfər işlə təmin edilib.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər