12 C
Baku
Wednesday, December 11, 2024

Lacoste brendinin tarixi

Bu gün geyim məhsullarının,bəzək əşyalarının, idman məhsullarının bəzək nişanəsi kimi tanınan timsah şəkilli sadə emblem formasının yaranması tam təsadüfü bir hadisə olaraq qiymətləndirilir, ancaq məhz bu emblem məşhur, fransız, Lacoste markasının taninmasına səbəb olmuşdur.

Lacoste şirkəti uzun müddətli tarixə malikdir. Brendin adı onun banisi- məşhur fransız tennisçisi Rene Lakoste-nin adı ilə bağlıdır. Rene nəinki idman, həmçinin dəb sahəsində də bir çox uğura müvəffəq olmuşdur. 1923-cü ildə Rene Lakoste, Devis mükafatına layiq görülür. Əfsanəyə görə, bu mükafatdan sonra komanda rəhbəri ona timsah dərisindən hazırlanmış bir çamadan hədiyyə edir.

Vaxtilə qalibə “timsah”ləqəbinin verilməsi, öz-özlüyündə onun idman sahəsindəki məqsədi və idmançının xarakteri ilə tam uyğun gəlirdi. Renenin yaxın dostu bu ideyaya sahib çıxaraq Lakoste üçün timsah şəklinin rəsmini çəkir və sonralar da bu rəsm onun köynəyinin üzərini bəzəmiş olur. 1927-ci ildə ABŞ-dakı açıq çempionatda Lakoste üzərində xüsusi nişan rəsmi olan qısa qollu trikotaj parçalı köynəklə çıxış edir. Fransalı tennist ustası yarışmada qalib gələrkən, heç vaxt fikirləşməzdi ki, bu qələbə onun “dəb” dünyasındakı ilk ən böyük addımlarından biri olacaq. Bu hadisədən sonra qısa qollu trikotaj parçalı köynəklər dünya şöhrəti qazanmış oldu.

renelasko

1933-cü ildə Rene Lakoste idman karyerasına son qoyur və bütünlüklə özünü dəb-sənayesinə həsr edir,O, trikotaj şirkətinin rəhbəri Andre Jilye ilə birlikdə bir brend yaradır və brendə də öz adını –Lacoste verir. Şirkətin ilk məhsulu əlbəttə ki, üzərində yaşıl timsah şəkili olan ağ rəngli tennis köynəyi idi. Bundan başqa şirkət qolf, yaxtinq, yelkənli idman növləri kimi intelektual idman növləri üçün nəzərdə tutulmuş köynəklərin hazırlanması ilə məşğul idi.

1951-ci ildə Lacoste köynəkləri müxtəlif rənglərdə təqdim olunmağa başladı, bir il sonra isə firmanın qısa qollu köynək nümunələri “Proffesional idmançının əsas simvolu” olaraq ABŞ-a göndərilirdi. . Əlbəttə ki, geyim nümunələri amerikanlıların tam ürəyincə oldu, buna əlavə olaraq da, Lacoste qısa qollu köynəkləri amerika geyimindəki ölçü sisteminə uyğun istehsal etməyə başladı.

reenes

1963-cü ildə şirkətin idarə edilməsi Rene-nin oğlu Bernard Lakostenin öhdəliyinə keçir. Qısa zaman ərzində yaşıl timsah markası bir çox idman məhsularının, parfumeriya flakonlarının eynək, çanta, saat, ayaqqabı və digər aksessuarların üzərini bəzəyir..70-ci illərdə Lacoste bir çox ölkələrdə hökm sürən dəb üslub forması kimi məşhurluq qazanır. Həmin vaxtlar qısa qollu köynəklər dəbli insan simasının əsas simvolu hesab olunurdu. Lacoste dəb evinin hər bir məhsulu aşırı məşhurluqla istifadə olunurdu və fəaliyyət göstərdiyi müddətdə şirkət dəb bazarındakı sənaye nəhənglərini təzyiq altına qoymuşdur.

Lacoste brendinə sahib olmaq yalnız idmançılar üçün bir üstülük olaraq qiymətləndirilmirdi, bir çoxları bu brendə sahib olmaq istəyirdilər, çünki bu gözəl, dəbli və rahat idi. Bütün bu vaxt ərzində brend bir çox yeni əraziləri əhatə edib. Bugünki gundə də dünyanın bütün yerlərində Lacoste-nin 2 min-dən çox mağazası var. Şirkət ilk uğuruna görə sadə “qısa qollu köynək” nümunələrinə borcludur və bunu da heç vaxt unutmayacaq.Markanın tanınması ilə bağlı əsas planlar markanın reklamı ilə məşğul olan məhkəmə nümayəndələri ilə bağlanmış milyonlarla müqavilələr əsasında tənzimlənir.

rene lacoste then and now

Yeni minillikdə şirkət bir çox uğurlarına görə, modalar evinin kreativ direktoru və dizayneri Kristofor Lemerə borcludur. Məhz bu dizayner bu yaxınlarda, 2005-ci ildə 70 il müddətində inamla xidmət edən brendin əvvvəlki “sima”-sında müəyyən dəyişiklik etmək qərarına gəlir. Lemer – timsah emblemini gümüşü rəngdə təqdim edir: bu brend həvəskarlarına onu göstərir ki, şirkət Lacoste məhsullarının yüksək keyfiyyət göstəricilərinə və ənənələrinə sadiq qalaraq zamanın nəbzini tutmağa çalışır.

Bugünki gündə üzərində timsah brendinin olduğu hər bir məhsul formasına, geyim, ayaqqabı, çanta və idman mallarına yüksək tələbat hiss olunur. Sport, SportsWear, Club adda bir çox yeni kolleksiyalar satışa buraxılır. Parfumeriya mağazalarında Touch of pink, Touch of sun, Touch of spring, Lacoste pour femme, Inspiration adlı yeni flakonlar təqdim edilirdi.Qadın və kişi aksessuarlarında və geyimlərində yenilənmələr olunur, sadə yumşaq parçalar bahalı yüksək dəbli məhsulla əvəz olunur, yeni mağazalar açılır.

lacoste4

Dəyişməz yalnız bir şeydir və bir neçə il sonra da dəyişməz olaraq da qalacaq – bu şirkətin rəsmi simvoludur, hansı ki dünyada ən məşhur sürünən olaraq tanınır.

Son xəbərlər
Digər xəbərlər