24 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

“Land Rover” yeni nəsil “Range Rover” təqdim edib – Foto

Böyük Britaniyanın avtomobil istehsalçısının mətbuat xidməti yeni nəsil “Range Rover” yolsuzluq modelinin debütünü elan edib. Banker.az xəbər verir ki, tizerdə görsətilən avtomobil rəsmi olaraq oktyabrın 26-sı təqdim olunacaq.

Qeyd edək ki, “Range Rover” 2012-ci ildən bəri bazardadır və tam ölçülü yolsuzluq avtomobilləri seqmentində ən köhnə modeldir. Növbəti nəsil “Range Rover” təkcə ənənəvi rəqibləri deyil, həmçinin “BMW X7”, “Maybach GLS”, “Aston Martin DBX” və hətta müəyyən mənada “Jeep Grand Wagoneer” ilə yarışacaq.

0f85ce74b8ed9cc375113b9afd29d1c094436afa

“Range Rover 2022” həm standart, həm də uzun təkər bazası konfiqurasiyalarında təqdim ediləcək, benzin və dizel mühərriklər alacaq. Mütəxəssislərin sözlərinə görə, tezliklə avtomobilim tam elektrikli versiyası da çıxacaq.

7ad171bde1cf53582c6de848806622df1c603456

“Land Rover”in son “Pivi Pro” məlumat-əyləncə sistemi ilə təchiz edilməsi hələki bəlli deyil. Buna baxmayaraq, yayılan şayiələrə görə, avtomobilin arxa təkərlərinin sükan vasitəsilə idarə edilməsi texnologiyası ilə təchiz edilməsi planlaşdırılır.

111832 src

Son xəbərlər
Oxşar xəbərlər
X