İlon Maskın Las-Veqasdakı “Loop” tunel şəbəkəsi “Dogecoin” ödənişlərini qəbul edəcək. Bildirilir ki, tunel şirkəti olan “The Boring Company” ardıcın dördüncü stansiyasının açılışından bir gün sonra yeni ödəniş üsulunu təqdim edib.
Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.
“Loop” nəqliyyat sisteminin 50-dən çox stansiyaya qədər genişlənəcəyi proqnozlaşdırılır. Mənbədə deyilir ki, bilet almaq üçün sərnişinlər stansiyada QR kodu skan edə biləcəklər. Bir səfərin qiyməti 1.5 dollar, bir günlük biletin qiyməti isə 2.5 dollar olacaq.
“Tesla” avtomobilləri tunel sistemindən təxminən 56 km/saat sürətlə hərəkət edir ki, bu da şirkətin qurucusu Elon Maskın planlaşdırdığıdan daha yavaşdır. Onun planına görə, hərəkət sürəti təxminən 240 km/saat ola bilərdi. “The Boring Company” gələcəkdə sürəti təkmilləşdirməyi nəzərdən keçirir.